Siyəzən rayonunda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Siyəzən şəhərinin ərazisində yerləşən “Şamlıq” kafesində qeydə alınıb.
Kafenin sanitar qovşağında meyiti aşkar edilən şəxsin Quba rayon sakini, 1947-ci il təvəllüdlü Eldar Tacəddin oğlu Babayev olması müəyyən edilib.
Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
HadisələrMənbə: lent.az