IMG-LOGO

71 yaşında 4-cü dəfə evləndi: gəlindən 33 yaş böyükdür

12 Aug 2026 12:26 3 baxış
IMG
1 0

Türkiyəli aktyor və müğənni Yunus Bülbül 71 yaşında dördüncü dəfə ailə qurub. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi özündən 33 yaş kiçik, 38 yaşlı musiqiçi Neslihan Mutlu ilə evlənib.

Uzun müddətdir münasibətdə olan cütlüyün nikah mərasimi İstanbulun Kadıköy ərazisində keçirilib. Sadə mərasimlə nikaha daxil olan cütlük xoşbəxt anlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. 

“Çox sevdiyim Neslihan xanımla Kadıköy Nikah İdarəsində imzamızı atdıq. Allah bizə sağlam və xoşbəxt həyat nəsib etsin”, – sənətçi paylaşımında bildirib.

Bu, Yunus Bülbülün dördüncü evliliyidir. Sənətçi ilk dəfə Gülsen Gözübüyük ilə ailə qurub və bu nikahdan Gülnaz adlı qızı dünyaya gəlib. Daha sonra aktrisa Sezer Güvenirgil ilə evlənən Bülbül 2007-ci ildə boşanıb. Üçüncü həyat yoldaşı Serap Bülbül olub. Bu nikahdan isə Yunus Emre adlı oğlu var.

Yunus Bülbül musiqi fəaliyyəti ilə yanaşı, aktyor kimi də tanınıb. O, xüsusilə “Bücür Cadı” serialında canlandırdığı Köfteci Abbas obrazı ilə məşhurlaşıb.

Yunus Bülbül Neslihan Mutlu Türkiyə aktyor müğənni evlilik

Mənbə: lent.az

Xəbər lenti