IMG-LOGO

11 nəfər hakim qarşısında - Pulla "Green card" düzəldiblər

12 Aug 2026 22:52 2 baxış
IMG
1 0

ABŞ Ədliyyə Nazirliyi 11 nəfərə çinli vətəndaşların “green card” almasına kömək etmək üçün saxta nikahlar təşkil etdikləri iddiası ilə ittiham irəli sürüb.

Lent.az xəbər verir ki, aparılan istintaqa görə, təqsirləndirilən şəxslər 2016–2026-cı illərdə ABŞ və Çin vətəndaşları arasında saxta nikahlar təşkil edən genişmiqyaslı sxemdə iştirak ediblər.

1000-dən çox şəxsin 100 min dollara qədər ödəniş qarşılığında onların xidmətindən yararlandığı bildirilir.

Təqsirləndirilən şəxslər avqustun 12-də saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

Onları 15 ilədək həbs cəzası gözləyir.

ABŞ

Mənbə: lent.az

Xəbər lenti