IMG-LOGO

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

24 Aug 2026 09:29 46 baxış
IMG
0 0

Bakıda maşın piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə hərəkətdə olarkən piyada 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti