IMG-LOGO

Bakıda binada YANĞIN: 8 nəfər təxliyə olundu - YENİLƏNİB

25 Aug 2026 13:08 61 baxış
IMG
2 0

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

Nazirliyin “112" qaynar telefon xəttinə daxil olan məlumatla dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin  qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə edilib.

*** 11:59

Bakıda binada yanğın olub.

Lent.az-ın xəbərinə görə, hadisə Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsində qeydə alınıb.

Buradakı beşmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın hadisəsi olub.

FHN-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisələr yanğın FHN

Mənbə: lent.az

Xəbər lenti