Qaxda yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə səhər saat 06:30-da Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Hazırda yaralıların müayinəsi aparılaraq aldığı xəsarətlərin dərəcəsi dəqiqləşdirilir.
Qəza zamanı xəsarət alan şəxslərin Şəki rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr yol qəzası Qax rayonu


Mənbə: lent.az