IMG-LOGO

Ən böyük səhraların altında nəhəng su ehtiyatları tapıldı - VİDEO

19 Sep 2026 16:51 3 baxış
IMG
3 0

Çinin ən böyük səhrasının altında geoloqlar iki böyük yeraltı su mənbəyi aşkar ediblər. Gələcəkdə bu ehtiyatların ölkənin şimal-qərb bölgəsi üçün mühüm yeni su təminatı mənbəyinə çevrilə biləcəyi bildirilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeraltı sular Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Takla-Makan səhrasında su ehtiyatlarının axtarışı layihəsi çərçivəsində aşkarlanıb.

Bu quraq bölgədə meşəsalma və səhralaşmaya qarşı mübarizə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Yeni su mənbələrindən biri Takla-Makan səhrasının cənub kənarında, Minfen qəzasının Andir qəsəbəsində tapılıb. Digər mənbə isə Mazartağ dağlarının cənubunda, səhranın dərinliyində aşkar edilib.

Tədqiqatçılar layihə çərçivəsində şor suyun istifadəsi üçün sınaq stansiyası da qurublar. Şor suyun tərkibində şirin sudan daha çox, dəniz suyundan isə daha az duz olur.

Bu sudan səhranın kənarlarında suvarma və səhralaşmaya qarşı mübarizədə istifadə edilməsi planlaşdırılır. Dünyanın müxtəlif ölkələrində alimlər şor suyun duza davamlı bitkilərin yetişdirilməsində istifadəsini sınaqdan keçirirlər. Bununla belə, bəzi məqsədlər üçün suyun duzsuzlaşdırılması yenə də tələb oluna bilər.

Takla-Makan səhrasının sahəsi 337 600 kvadratkilometrdir və bu, təxminən Almaniyanın ərazisinə bərabərdir. Hərəkət edən qum təpələri və sərt iqliminə görə səhra “ölüm dənizi” adlandırılır.

Buna baxmayaraq, alimlər hələ 2015-ci ildə bu ərazinin altında nəhəng yeraltı su ehtiyatı aşkar ediblər. Bildirilir ki, həmin su ehtiyatının ümumi həcmi Şimali Amerikanın beş Böyük gölünün birlikdə həcmini üstələyir.

 

dünyadan xəbərlər səhra su ehtiyatları Çin video videolent şirin su mənbələri

Mənbə: lent.az

Xəbər lenti