IMG-LOGO

26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA: 229 minə yaxın borcu var

19 Sep 2026 17:40 3 baxış
IMG
1 0

Daha bir şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, gənc iş adamının rəhbərlik etdiyi MMC-nin dövlət büdcəsi və faizlər üzrə ümumilikdə 228 min 959 manat vergi borcu yaranıb. Lakin uzun müddət keçsə də, borclar ödənilməyib.

Bununla bağlı şirkətə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Belə olduqda Dövlət Vergi Xidmətinin müvafiq idarəsi məhkəmədə şirkət qarşısında iddia qaldırıb. İddiada borclar tam ödənilənədək MMC-nin 26 yaşlı rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş edilib.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, 228 min 959 manat borclar tam ödənilənədək gənc şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət tətbiq olunub.

Hadisələr şirkət rəhbərləri biznesmenlər iş adamları vergi borcları məhkəmə işləri məhkıəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti