IMG-LOGO

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

19 Sep 2026 19:09 4 baxış
IMG
0 0

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb.

66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Fevzi Topbaş əlindəki kəsici alətlə əvvəlcə oğlu Aydına, daha sonra isə 37 yaşlı gəlini Mehtap və 14 yaşlı nəvəsi A.T.-yə hücum edib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarm əməkdaşları göndərilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aydın Topbaşın həyatını itirdiyi müəyyən edilib. 

Yaralanan Mehtap Topbaş və 14 yaşlı A.T. isə Kadirli Dövlət Xəstəxanasına aparılaraq müalicəyə götürülüblər.

Şübhəli Fevzi Topbaş saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Hadisələr qətl ktiminal xəbərlər kriminal hadisələr Türkiyə

Mənbə: lent.az

Xəbər lenti