Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı 2 nəfəri parçalayıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Ölənlərin 44 və 46 yaşları olub. Onlardan 44 yaşlı kişi yerli fermada işləyib. Cümə günü, sentyabrın 18-də o, itkin düşən inəyi tapmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb. Ertəsi gün onun axtarışına eyni kənddən olan 46 yaşlı kişi çıxıb və o da itkin düşüb. Sentyabrın 20-də hər iki kişinin meşədə həyat əlaməti olmadan meyiti aşkarlanıb. Onlara hücum edən ayı zərərsizləşdirilib.
Hazırda istintaqçılar meyitlərin aşkar edildiyi ərazidə işləyirlər.
Hadisənin başvermə şəraiti araşdırılır.
Qeyd edək ki, son günlər Rusiyada ayıların insanlara hücumları intensivləşib.
Rusiya ayı
Mənbə: lent.az