IMG-LOGO

Bred Pittin dostlarından şok etiraf: Onu ən çox bu sarsıdıb

21 Sep 2026 11:03 3 baxış
IMG
2 0

Hollivud ulduzu Bred Pittin Ancelina Coli ilə ayrılığından sonrakı həyatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyorun yaxın çevrəsində olan şəxslər Pittin boşanmadan sonra çətin dövr keçirdiyini bildiriblər. Onların sözlərinə görə, aktyor üçün ən ağır məqam Ancelina Coli ilə münasibətlərinin bitməsi deyil, övladları ilə arasındakı məsafənin artması olub.

Bred Pittin dostlarından biri bildirib ki, aktyor həyatının müəyyən mərhələsində ciddi çətinliklərlə üzləşib. Lakin zaman keçdikcə özü üzərində işləyib, həyat tərzində dəyişikliklər edib və emosional baxımdan daha sabit vəziyyətə gəlib.

Qeyd edək ki, Bred Pitt və Ancelina Colinin münasibətləri 2016-cı ildə ailənin Fransadan ABŞ-a uçuşu zamanı baş verən insidentdən sonra ciddi şəkildə pozulub. Ancelina Coli həmin vaxt Pittin spirtli içkinin təsiri altında aqressiv davrandığını və ona, eləcə də uşaqlardan birinə qarşı fiziki güc tətbiq etdiyini iddia edib. Pitt isə bu ittihamları rədd edib.

Hadisə ABŞ Federal Təhqiqat Bürosu tərəfindən araşdırılsa da, aktyora qarşı cinayət ittihamı irəli sürülməyib. Bundan sonra cütlüyün uzunmüddətli boşanma prosesi başlayıb və mübahisələr uşaqlar, eləcə də birgə əmlak məsələlərini də əhatə edib.

Bred Pitt daha əvvəl alkoqolla bağlı problemlər yaşadığını açıq şəkildə etiraf edib. Aktyor boşanmadan sonra yardım aldığını və bir neçə il ərzində spirtli içkilərdən tamamilə uzaq qaldığını bildirib.

Son dövrlərdə Pittin daha sakit və mediadan uzaq həyat tərzinə üstünlük verdiyi qeyd olunur. Aktyorun yaxınları onun artıq məşhurluqdan çox şəxsi rahatlığına və etibar etdiyi insanlarla münasibətlərinə önəm verdiyini bildirirlər.

 

Bred Pitt Ancelina Coli Hollivud boşanma məşhurlar

Mənbə: lent.az

Xəbər lenti