IMG-LOGO

Bakıda tədbirdə monitor qadının üstünə aşdı - VİDEO - YENİLƏNİB

21 Sep 2026 12:14 3 baxış
IMG
4 0

Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşaraq qadına xəsarət yetirib. Hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.

Məsələ ilə bağlı AYNA-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib:

"Vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır və bütün lazımi tibbi tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı araşdırma aparılır". 

***

10:30

Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb.

Lent.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb. Hadisə nəticəsində bir qadının xəsarət aldığı qeyd edilib.

Digər məlumata görə, bədbəxt hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr AYNA

Mənbə: lent.az

Xəbər lenti