Türkiyəli müğənni Oğuzhan Koç Edirnədə verdiyi konsert zamanı tamaşaçılardan birinə sərt reaksiya göstərib.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Hadisə müğənni səhnədə çıxış edərkən bir tamaşaçının siqaretlə onun qarşısından keçməsi zamanı baş verib. Koç ifasını dayandıraraq həmin şəxsdən ərazini tərk etməsini tələb edib.
Müğənninin “Çıx bayıra!” deyə reaksiya verdiyi anlar digər tamaşaçıların mobil telefon kameralarına düşüb.
Oğuzhan KoçMənbə: lent.az