Rusiyalı müğənni Stas Mixaylovla həyat yoldaşı İnna Mixaylovanın ayrıldığı barədə xəbərlər yayılıb.
Lent.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” prodüser Sergey Dvortsova istinadən məlumat yayıb.
Dvortsov cütlüyün ayrıldığını iddia edib, lakin bunun xəyanətlə əlaqəli olması barədə yayılan söz-söhbətləri təkzib edib.
Müğənni və həyat yoldaşı təxminən 20 ildir birlikdədirlər. Məsələ ilə bağlı yayılan məlumatlar hazırda əsasən onların ətrafına istinad edən açıqlamalara söykənir.
Stas MixaylovMənbə: lent.az