IMG-LOGO

Payız Azərbaycana bu tarixdə gələcək

22 Sep 2026 12:29 3 baxış
IMG
0 0

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a məlumat verilib. 

Bildirilib ki, 2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq.

Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Payız fəsil Azərbaycan

Mənbə: lent.az

Xəbər lenti