IMG-LOGO

Türkiyədə 9-cu sinif şagirdi "qız məsələsi"nə görə 8 nəfəri güllələdi -VİDEO

22 Sep 2026 12:05 3 baxış
IMG
0 0

Türkiyənin Manisa vilayətində liseyin qarşısında silahlı hücum baş verib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, məktəbə ov tüfəngi ilə gələn 15 yaşlı IX sinif şagirdi bir gün əvvəl qızla bağlı mübahisə zəminində dalaşdığı şagirdləri hədəf alıb.

Hadisədən 8 nəfərin zərər çəkdiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib. Atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Sizin brauzer video tagını dəstəkləmir. Türkiyə hADİSƏ Məktəb

Mənbə: lent.az

Xəbər lenti