IMG-LOGO

Meymun yazıçının arvadını öldürdü

22 Sep 2026 13:51 2 baxış
IMG
2 0

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb.

Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb.

Hücum nəticəsində yaşlı qadın yerə yıxılıb. Onun qızı meymunu uzaqlaşdırmağa çalışsa da, heyvan ona da hücum edib.

91 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə onun vəziyyətinin yaxşılaşdığını bildiriblər. Lakin ertəsi gün vəziyyəti qəfil ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisələr dünyadan xəbərlər meymun yazıçı

Mənbə: lent.az

Xəbər lenti