IMG-LOGO

Məşhur telekanalın keçmiş produseri özünü öldürdü

22 Sep 2026 17:46 3 baxış
IMG
1 0

Fox News telekanalının keçmiş prodüseri Cennifer Ekhart 36 yaşında vəfat edib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ekhart Floridanın Houb-Saund şəhərindəki evində ölü tapılıb.

Məlumata görə, Ekhartın cəsədini onun anası aşkar edib. Hüquq-mühafizə orqanları hadisənin intihar olduğunu bildirib. 

Qeyd edək ki, Cennifer Ekhart 2020-ci ildə "Fox News"un keçmiş aparıcısı Ed Henriyə qarşı məhkəmə iddiası qaldıraraq onu təcavüzdə ittiham edib. Bundan sonra telekanal müstəqil araşdırma başladıb və araşdırmanın yekununda Henri işdən çıxarılıb.

Ekhart iddia edib ki, 2017-ci ildə Manhettendə yerləşən otellərdən birində Henri onu iradəsinə zidd şəkildə saxlayıb və təcavüz edib. İş məhkəmə prosesinə qədər gedib çıxmayıb. Tərəflər 2025-ci ilin iyununda, məhkəmənin başlamasına bir gün qalmış razılığa gəliblər. Hazırda Newsmax telekanalında çalışan 55 yaşlı Ed Henri ittihamları rədd edib və münasibətlərinin qarşılıqlı razılıq əsasında olduğunu bildirib.

"Fox News2dan ayrıldıqdan sonra Ekhart fəaliyyətini podkast sahəsində davam etdirib. O, 2021-ci ildə “REINVENTED with Jen Eckhart” adlı şəxsi podkastını yaradıb.

Podkastın son buraxılışı bu ilin martında yayımlanıb. Bundan bir neçə həftə əvvəl federal apellyasiya məhkəməsi onun "Fox News2a qarşı qaldırdığı digər iddianı rədd edib. Ekhart "Fox News" rəhbərliyinin Henri ilə bağlı davranışlardan xəbərdar olduğunu, lakin onun müdafiəsi üçün lazımi tədbirlər görmədiyini iddia edib.

 

Fox News Cennifer Ekhart Ed Henri

Mənbə: lent.az

Xəbər lenti