IMG-LOGO

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

23 Sep 2026 08:46 3 baxış
IMG
1 0

Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi  dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

marşrut

Mənbə: lent.az

Xəbər lenti