IMG-LOGO

Xəstəxanaya yerləşdirilən tanınmış aktyorun vəziyyəti kritikdir

23 Sep 2026 11:11 3 baxış
IMG
1 0

Xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovun vəziyyəti açıqlanıb.

Bu barədə Lent.az-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib. Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti kritik olaraq qalır:

"Az öncə özü ilə danışdım. Hələ ki analizlər verir, müayinələrdən keçir. İlkin diaqonuza görə şəkəri yüksəlib və oksigen çatışmazlığı olub. Bu gün də xəstəxanada, həkim nəzarəti altında olacaq.

Vəziyyəti kritikdir. Şəkəri yüksək olaraq qalır".

Rəşad Səfərov aktyor Gənc Tamaşaçılar Teatrı

Mənbə: lent.az

Xəbər lenti