IMG-LOGO

"Zaqatala"nın futbolçusu bu hərəkətinə görə CƏZALANDIRILDI

23 Sep 2026 13:07 3 baxış
IMG
0 0

"Zaqatala" futbol klubunun futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb.

Lent.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin qərara əsasən, klub özü də 1000 manat cərimələnib.

Xatırladaq ki, insident sentyabrın 16-da, Azərbaycan I Liqasının III turunun "Karvan-Yevlax" – "Zaqatala" qarşılaşmasında qeydə alınıb. Qonaq komandanın futbolçusu Elxan Məmmədov oyunun 6-cı dəqiqəsində xəsarətlə nəticələnən təcavüzkar davranış göstərib. Buna görə də birbaşa qırmızı vərəqə alıb.

Qarşılaşma isə "Karvan-Yevlax"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, E. Məmmədov bu il avqustun 13-dən "Zaqatala" futbol klubunda oynamağa başlayıb.

İdman xəbərləri futbolçu Zaqatala futbol klubu futbol davaları AFFA

Mənbə: lent.az

Xəbər lenti