IMG-LOGO

Lənkəranda körpə anasının bətnində öldü

23 Sep 2026 12:52 3 baxış
IMG
1 0

Lənkəranda altı aylıq hamilə qadının bətnində ölmüş döl aşkarlanıb.

Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonunun Adnalı kənd sakini Aygün Əhmətli, səhhətində yaranan problemlə əlaqədar Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.

Həkimlərin müayinəsi zamanı qadının bətnindəki dölün öldüyü müəyyən edilib. Daha sonra tibbi müdaxilə ilə ölü döl qadının bətnindən çıxarılıb.

Hazırda Aygün Əhmətlinin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Aygün Əhmətli iki övlad anasıdır. Bu, onun üçüncü hamiləliyi olub.

Hadisələr hamilə qadın

Mənbə: lent.az

Xəbər lenti