Daha bir vəkil kollegiyadan uzaqlaşdırılıb.
Lent.az xəbər verir ki. bu barədə Vəkillər Kollegiyasının sentyabrın 22-də keçirilən iclasında qərar verilib.
Məlumata görə, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
sosial xəbərlər Vəkillər Kollegiyası töhmətMənbə: lent.az