IMG-LOGO

20 yaşlı futbolçu cüyürlə qəzada öldü

24 Sep 2026 11:02 8 baxış
IMG
1 1

Polşalı futbolçu Oskar Kordus 20 yaşında yol qəzasında ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qəzanın cüyürün yola çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə sentyabrın 21-də səhər saatlarında Qostın şəhəri yaxınlığındakı dairəvi yolda baş verib.

Məlumata görə, avtomobillərdən birinin sürücüsü qəfil yola çıxan cüyürü vurub. Zərbənin təsirindən heyvan qarşıdan gələn digər avtomobilin üzərinə düşüb. Həmin avtomobili Oskar Kordus idarə edib. Cüyür avtomobilin ön şüşəsini sındıraraq salona daxil olub.

Futbolçu çoxsaylı xəsarətlər alıb. O, təcili şəkildə helikopterlə Poznandakı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Kordus həmin gün axşam saatlarında vəfat edib.

Oskar Kordusun çıxış etdiyi “Kania Gostyn” klubu futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Hadisələr İdman xəbərləri yol qəzası vəhşi heyvanlar futbolçu ölüm

Mənbə: lent.az

Xəbər lenti