IMG-LOGO

Ləfxanım 34 il sonra Xocalıya qayıtdı

24 Sep 2026 11:33 8 baxış
IMG
2 0

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova doğma yurduna, Xocalıya qayıdıb.

Lent.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki o, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub. 1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb.

9 yaşında ağlaya-ağlaya Xocalını tərk etmiş Ləfxanım, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:”Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun.” Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Hamımızın Ləfxanım kimi tanıdığımız Nərgiz Mahmudova 34 ildən sonra doğma evində, elindədir.(APA)

 

Ləfxanım Xocalı Qarabağa qayıdış Xocalı faciəsi Xocalı qurbanları

Mənbə: lent.az

Xəbər lenti