Cəlilabadda qadın yanıq xəsarətləri alıb.
Lent.az-ın xəbərinə görə, hadisə Uzuntəpə kəndində baş verib.
Kənd sakini 44 yaşlı A. Şıxəliyeva yaşadığı evdə yemək bişirərkən maye qazdan yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.
Hadisələr yanıq xəsarətləri kriminal xəbərlər kriminal hadisələrMənbə: lent.az