IMG-LOGO

Üzərində Zelenskinin fotoları olan 300 kilo kokain tapıldı - VİDEO

24 Sep 2026 15:49 6 baxış
IMG
1 0

Rusiya Federal Təhlükəsizlik Xidməti Avropa İttifaqı ölkələrinə tranzit yolla iri həcmdə narkotik daşımağa cəhddə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, saxlanılan şəxsin avtomobilinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumi çəkisi 300 kiloqramdan çox olan kokain briketləri ilə dolu çantalar aşkarlayıblar. Qadağan olunmuş maddələrin bağlamalarının üzərində Ukrayna Prezidenti Volodimir Zelenskinin gözlərinin yerində dollar işarələri olan təsvirləri yer alıb.

İstintaqın versiyasına əsasən, saxlanılan şəxs narkotiklərin kölgə internet resursları vasitəsilə təmassız satışını həyata keçirən mütəşəkkil cinayətkar qruplaşmanın fəal üzvü olub.

Bundan əlavə, onun Latın Amerikasından Avropa İttifaqı ölkələrinə kokain qaçaqmalçılığını həyata keçirən beynəlxalq kanala nəzarət etdiyi bildirilir.

Rusiya FTX-nin İstintaq İdarəsi faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin qanunsuz satışına cəhd maddələri ilə cinayət işi açıb.

Məhkəmə şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr narkotik Rusiya Zelenski kokain

Mənbə: lent.az

Xəbər lenti