IMG-LOGO

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir

24 Sep 2026 16:10 6 baxış
IMG
3 0

Hazırda Gədəbəy və Daşkəsən rayonlarında qızıl, gümüş, mis, sink, dəmir artıq istehsal olunur və böyük sərmayə verir.

Bunu APA-ya açıqlamasında geologiya-mineralogiya elmlər doktoru, professor, Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev deyib.

O bildirib ki, aparılan işlərin ən müsbət cəhəti geoloji-kəşfiyyat işlərində və istismar mərhələsində ekoloji vəziyyət gözlənilməklə, ən yeni müasir geoloji üsullardan, texnologiyadan istifadə edilməsidir.

Professorun sözlərinə görə, dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir: "Bizim geoloqlarımızın əməyi nəticəsində Gədəbəy rayonunda "Qədir", "Uğur", "Zəfər", "Gilan", Daşkəsən rayonunda "Ağyoxuş", "Mərəh", "Narçala" və s. kimi yeni yataqlar kəşf edilib və bir çoxları hazırda istismar edilir".

Nazim İmamverdiyev həmçinin Naxçıvan, Şərqi Zəngəzur və Qarabağda dağ-mədən sənaye potensialı barədə də danışıb: "Bu ərazilər bir çox faydalı qazıntılarla zəngindir. Burada mis, qızıl, gümüş, molibden yataqları vardır ki, onlar da respublikada dağ-mədən sənayesinin inkişafına güclü təkan verəcək. Naxçıvan Muxtar Respublikasındakı Ortakənd, Göygöl, Parağaçay, Misdağ, Pyazbaşı, Diyaxçay, Yaşıllıq, Kəlbəcər rayonundakı Zod-Söyütlü, Ağduzdağ, Zəngilanda Vejnəli, Tərtər rayonunda Ağdərə, Qızılbulaq yataqları gəlir gətirəcək sahələrdir. Sevindirici haldır ki, bu yataqların hamısında yüksək səriştəli geoloq ordusu məhz milli kadrlardır”.

Prezident İlham Əliyev Dağ-mədən

Mənbə: lent.az

Xəbər lenti