IMG-LOGO

Gürcüstan gələn il Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək

22 Aug 2024 11:06 264 baxış
IMG

Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək."Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan Yollar Departamentindən bildirilib. Məlumatda qeyd olunub ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.

Qeyd edək ki, söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollardan gedir. 61,3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq. Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti