IMG-LOGO

Ermənistanda marixuana “fabriki” açan xarici vətəndaşlar saxlanılıb

23.08.2024 20:37 103 baxış
IMG

Ermənistan hüquq-mühafizə orqanları kirayə götürülmüş fərdi evdə quraşdırılmış çətənə və marixuana istehsalı kompleksi aşkarlayıb.

“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Kompleksi 38 yaşlı Rusiya vətəndaşının rəhbərlik etdiyi cinayətkar qrup idarə edib. Qrupa həmçinin Koreya vətəndaşı, o cümlədən Ermənistan vətəndaşı olan qadınlar daxil olub.

Evə baxış zamanı 200-dən bir qədər çox çətənə kolu, 3 kq 30 qram qurudulmuş çətənə və 59,09 qram marixuana, həmçinin “istehsalat avadanlıqları” - ultrabənövşəyi lampalar, havanın rütubətini tənzimləyən cihazlar və s. aşkar edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti