IMG-LOGO

Azərbaycanın kişi voleybolçuları Belçikaya məğlub olub

24.08.2024 21:37 101 baxış
IMG

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib."Report" xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti