IMG-LOGO

Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir

27.08.2024 11:13 101 baxış
IMG

Azərbaycan və Özbəkistan çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edirlər.

“Report” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan və Özbəkistan arasında çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq mövcuddur və bu qarşılıqlı fəaliyyət səmərəlidir. İkitərəfli münasibətlərin səmərəli tənzimlənməsi sayəsində təşkilatlara üzv olan bütün dövlətlərin maraqlarını nəzərə alaraq razılaşdırılmış qərarlar qəbul etmək mümkündür”, - o bildirib.

Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti