IMG-LOGO

69 saylı Biləsuvar seçki dairəsi üzrə ən yaşlı seçicinin 101 yaşı var 

29.08.2024 22:31 102 baxış
IMG

69 saylı Biləsuvar seçki dairəsi üzrə ən yaşlı seçicinin 101 yaşı var.

"Report"un Muğan bürosunun məlumatına görə, o, 42 saylı məntəqədə qeydiyyatda olan 1923-cü il təvəllüdlü Xədicə Cavadovadır.

Qeyd edək ki, 53 580 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 46 seçki məntəqəsi mövcuddur.

69 saylı Biləsuvar seçki dairəsi üzrə 8 namizəd qeydə alınıb. 4 namizəd partiya tərəfindən, 4 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Dairə üzrə 10 məntəqədə veb kameralar quraşdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti