IMG-LOGO

Baş nazir: Ermənistan KTMT-dən çıxmağa ehtiyac görmür

31.08.2024 14:01 160 baxış
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə ölkəsinin KTMT-dən çıxmasına ehtiyac görmür.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, onlayn mətbuat konfransı zamanı bildirib.

“Biz bütün səviyyələrdə KTMT-də iştirakımızı dondurmuşuq. Hesab edirik ki, belə qərar bu mərhələdə kafidir”, - Paşinyan deyib.

“İndi başqa qərar verməyə ehtiyac yoxdur. Ancaq bu, növbəti mərhələdə belə bir ehtiyacın olmayacağı anlamına gəlmir”, - o vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti