IMG-LOGO

Dövlət Departamentində genişmiqyaslı islahatlar - 734 ofisdən 132-si bağlanır

23.04.2025 02:02 49 baxış
IMG

ABŞ Dövlət Departamentinin daha təsirli, daha çevik və milli maraqlara daha sadiq olması məqsədilə qurum daxilində genişmiqyaslı islahatlar prosesinə start verilib.

Lent.az xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

O, ABŞ-ın xarici siyasətinin öncə ölkənin prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılacağını deyib.

Məlumata görə Dövlət Departamentinin dünya üzrə 734 ofisindən 132-nin bağlanması planlaşdırılır.

Bundan əlavə, Vaşinqtonda yerləşən 700-ə yaxın vəzifənin ləğv edilməsi gündəmdədir.

Beləliklə, həm ofislərin sayında, həm də işçilərin sayında əhəmiyyətli dərəcədə azalma olacaq.

Xəbər lenti