IMG-LOGO

Xarkov atəşə tutuldu - Onlarla yaralı var

03.05.2025 00:40 15 baxış
IMG

Rusiya ordusunun pilotsuz təyyarələrinin Xarkova hücumu nəticəsində yaşayış binasına ziyan dəyib, 40 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib.

Şəhərin komendantı Oleq Sinegubovun sözlərinə görə, qurbanların sayı 40 nəfərə çatıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

"Xarkovun Slobodski rayonunda hücum nəticəsində yanğınlar baş verib. Şəxsi avtomobillərə ziyan dəyib. Osnovyanski rayonunda da PUA zərbəsi nəticəsində bir ev və mağaza yanıb, binanın dam örtüyü də yanıb. Saltovski rayonunda çoxmərtəbəli binaya və həyətdə dayanan avtomobillərə ziyan dəyib”, - o bildirib.

Xəbər lenti