IMG-LOGO

Tramp Qrenlandiyaya qoşun göndərə bilər - AÇIQLAMA

05.05.2025 03:53 2 baxış
IMG

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı işğal etmək üçün qoşunları göndərə biləcəyini deyib.

APA xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb.

Tramp Qrenlandiyaya qoşun yeridə biləcəyini və bu qərarı müəyyən şərtlər daxilində verə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. Çünki bu, ölkəyə beynəlxalq təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra bir neçə dəfə Qrenlandiyanı ilhaq etmək niyyətini səsləndirib. Onun sözlərinə görə, planetin ən böyük adasının ilhaqı ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.

Xəbər lenti