IMG-LOGO

Rusiya Kiyevi ballistik raketlə vurdu

07.05.2025 03:06 10 baxış
IMG

Mayın 7-nə keçən gecə Kiyevdə böyük partlayışlar baş verib. Bundan bir qədər əvvəl ballistik təhlükə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib.

APA xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.

Məlumatda Rusiya ordusunun Kiyevi ballistik raketlə vurduğu bildirilir. Partlayışdan sonra raketin düşdüyü ərazidə yanğın başlayıb.

Paytaxt meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyini açıqlayıb.

Hadisədən bir az əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı şimal-şərq istiqamətindən ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib.

İki dəqiqə ərzində hərbçilər artıq hədəfin Kiyev olduğunu müəyyən ediblər.

Dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilməyib.

Xəbər lenti