“Google” rəsmi olaraq “Android 16” yeniləməsinin gələn aydan etibarən “Pixel” cihazlarına gələcəyini təsdiqləyib.
Lent.az xəbər verir ki, Samsung və digər markalar isə bu yeniləməni bu yay əldə edəcəklər.
Texnologiya nəhəngi “Google” nəhayət maraqla gözlənilən “Android 16” əməliyyat sisteminin buraxılış tarixi ilə bağlı rəsmi açıqlama verib.
“Google” rəsmisi Samir Samatın açıqlamalarına görə, “Android 16” yeniləməsini alan ilk cihazlar “Google”un öz “Pixel” telefonları və planşetləri olacaq.