IMG-LOGO

Avstriya “Avroviziya-2025”in qalibi oldu

18.05.2025 03:11 2 baxış
IMG

Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.

Lent.az xəbər verir ki, İsveçrədəki "Arena Plus" mərkəzində keçirilən yarışda ölkə təmsilçisi "Wasted Love" mahnısını səsləndirib.

Avstriya təmsilçisi 436 xal toplayıb. Yarışmada İsrail 357 xalla 2-ci, Estoniya isə 356 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.

 

*** 23:02

İsveçrədə 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb.

Lent.az xəbər verir ki, "Arena Plus"da keçirilən yarışda 26 ölkə mübarizə aparır.

Finalçıların siyahısı aşağıdakı kimidir: Norveç Albaniya İsveç İslandiya Niderland Polşa San-Marino Estoniya Portuqaliya Ukrayna Litva İsrail Ermənistan Danimarka Avstriya Lüksemburq Finlandiya Latviya Malta Yunanıstan

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala çıxıb.  

 

Xəbər lenti