IMG-LOGO

Moskva PUA hücumuna məruz qaldı

23.05.2025 02:08 10 baxış
IMG

Rusiyanın paytaxtın Moskvaya yenə PUA hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan 6 pilotsuz uçuş aparatını məhv edib.

“Rosaviasiya” PUA hücumu səbəbilə Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Bildirilib ki, hava limanları reysləri qəbul etmir və göndərmir.

Xəbər lenti