IMG-LOGO

"TikTok"da kişilər arasında yeni trendlə bağlı HƏYƏCAN TƏBİLİ

26.05.2025 03:31 6 baxış
IMG

Dünya üzrə sosial şəbəkələrdə kişilər arasında kirpik kəsdirmək trendə çevrilib.

Lent.az "CNN Türk" telelanalına istinadla xəbər verir ki, lakin mütəxəssislər bu trendi təhlükəli sayaraq, onun göz sağlamlığı üçün böyük risklər daşıdığı barədə xəbərdarlıq edirlər.

Bu dəbin "TikTok" platformasında populyarlaşdığı bildirilir. Qeyd edilir ki, kişilər uzun kirpiklərini "qadınsayağı" hesab edərək onları kəsirlər.

Bu məqsədlə bir çox ölkədə kişi istifadəçilər paylaşdıqları videoda kirpiklərini qayçı və ya digər təraş alətləri ilə kəsirlər.

Mütəxəssislər kirpiklərin gözləri yağış sularından və tozdan qoruduğu və bu trendin göz infeksiyalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər:

"Kirpikləri qırxmaq narahatlığa, qıcıqlanmaya və göz zədələnməsinə səbəb ola bilər".

Xəbər lenti