IMG-LOGO

"Toyota"ları sürmək daha asan olacaq

28.05.2025 01:35 19 baxış
IMG

Yaponiyanın "Toyota" avtomobil şirkəti gələn ilin mart ayına qədər öz əməliyyat sistemi olan "Arene"ni təqdim edəcək.

Lent.az "Financial Times" nəşrinə istinadla xəbər verir ki, bu sistemlə ilk olaraq yeni nəsil RAV4 yolsuzluq avtomobilləri təchiz olunacaq.

Uzaqdan yeniləmələrin köməyi ilə o, sürücülərə avtomobili park edərkən və hərəkət zolağı daxilində saxlayarkən daha asan manevr etməyə imkan verəcək.

Bundan əlavə, "Arene" multimedia və əyləncə funksiyalarına da malik olacaq.

Xəbər lenti