IMG-LOGO

Elektrikli “G-Class” uğursuzluqla qarşılaşdı - Cəmi bu qədər satıldı

04.06.2025 04:33 12 baxış
IMG

Almaniyanın “Handelsblatt” qəzetinin dərc etdiyi xəbərə görə, “Mercedes-Benz”in elektrik “G-Class” modeli olan “G580 EQ Technology” bazarda gözlənilən marağı görmədi.

Lent.az xəbər verir ki, 2025-ci ilin aprel ayının sonunadək dünyada cəmi 1450 elektrik G580 satılıb. Bunun əksinə olaraq, eyni dövrdə 9700 daxili yanma mühərrikli “G-Class” satılıb ki, bu da elektrik versiyasından demək olar ki, yeddi dəfə çoxdur.

Elektrikli avtomobillər üçün ən böyük bazar olan Çində cəmi 58 ədəd “G580”, Cənubi Koreyada isə “61” ədəd satılıb. Böyük yolsuzluq avtomobillərinin xüsusilə güclü satışının olduğu ABŞ-da bir dənə də olsun elektrik “G-Class” satılmayıb.

Bu uğursuzluğun bir neçə səbəbi olsa da başlanğıc qiyməti 150 000 avro olan G580-nin tam dolu batareya ilə 473 kilometr məsafə qət etməsi müştəriləri məyus edib bu, avtomobil üçün zəif göstərici hesab olunur.

Xəbər lenti