IMG-LOGO

Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir

10.06.2025 04:27 5 baxış
IMG

ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Lent.az xəbər verir ki, bunu Kaliforniya qubernatoru Gevin Nyusom öz “X” hesabında yazıb.

"Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərəcək", - o, bildirib.

Xəbər lenti