IMG-LOGO

Moskvada fövqəladə vəziyyət - Bütün hava limanları bağlandı

10.06.2025 02:38 5 baxış
IMG

Moskvanın bütün hava limanları PUA  hücumu təhlükəsi səbəbindən bağlanıb.

Lent.az xəbər verir ki, Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir.

Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.

Hələlik rəsmi məlumat yoxdur.

Xəbər lenti