IMG-LOGO

Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB

09.07.2025 23:52 9 baxış
IMG

Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, diaspor rəhbəri Şeremetyevo hava limanından Aeroflot hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

***

20:34

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Lent.az xəbər verir ki, APA-nın Rusiya bürosunun məlumatına görə bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, İbrahimovun “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

İlkin məlumata görə, o, hazırda Şeremetyevo hava limanındadır.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

Xəbər lenti