"Uber" şirkəti elektrikli avtomobil istehsalçısı "Lucid" və avtopilot sistemləri üzrə ixtisaslaşmış "Nuro" şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Sazişə əsasən, "Uber" yaxın gələcəkdə özünə məxsus pilotsuz avtomobillərə sahib olacaq. Şirkət artıq gələn ildən etibarən ABŞ-nin böyük şəhərlərində pilotsuz taksilərin sınaqlarına başlamağı planlaşdırır. "Lucid" və "Nuro"nun birgə hazırladığı pilotsuz avtomobilin ilk prototipi Las-Veqasda sınaqdan keçirilir.
Planlara görə, 2030-cu ilə qədər "Uber"in sərəncamında "Lucid" şirkətindən təxminən 20 min ədəd pilotsuz elektrikli avtomobil olacaq. Bunun qarşılığında "Uber" avtomobil istehsalçısına 300 milyon ABŞ dolları həcmində sərmayə yatıracaq.