Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Antofaqasta şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 85 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.