IMG-LOGO

Ermənistan hərbçisi özünü güllələdi

25.07.2025 00:50 11 baxış
IMG

Dünən axşam saatlarında Ermənistanın Sünik rayonunda sərhəd qoşunlarının hərbçisi həlak olub.

Lent.az xəbər verir ki, bu haqda 24News portalı məlumat yayıb.

Rayonun David Bek kəndində hərbçi yoldaşının iştirakı ilə baş verən insident nəticəsində Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbçisi hadisə yerində ölüb.

Məlumata görə, 18 yaşlı hərbçi özünü güllələyib.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Xəbər lenti